"ABŞ-ın Rusiyanın daxili işlərinə, o cümlədən seçkilərə müdaxiləsi sənədlərlə təsdiqlənib”. Qeyd edək ki, SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bildirib.
Beləliklə, Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunan Amerikanın Rusiyadakı səfiri Con Sallivana bildirilib ki, Moskvada Amerika "rəqəmsal nəhəngləri" tərəfindən Rusiya qanunlarının pozulmasına dair təkzibedilməz sübutlar var. Diplomatik xidmət bu cür hərəkətlərin yolverilməz olduğunu vurğulayıb.
O qeyd edib ki, Amerika tərəfi hələ də Sallivanın Rusiya Xarici İşlər Nazirliyinə çağrılmasına hələ ki, heç bir reaksiya verməyib.
Xatırladaq ki, rəsmi Vaşinqton dəfələrlə Rusiyanı ABŞ-da keçirilən seçkilərə virtual müdaxilə etməkdə günahlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB