Bayden çağırış etdi AMERİKALILARA

Bayden çağırış etdi AMERİKALILARA

ABŞ prezidenti Co Bayden 2001-ci il 11 sentyabr hücumlarının iyirminci ildönümündə amerikalıları birliyə çağırıb. SİA xəbər verir ki, ABŞ prezidenti bu çağırışı öz Twitter səhifəsində edib.

"11 Sentyabr 2001-dən 20 il sonra, biz 2977 qurbanı xatırlayırıq və həyatlarını riskə atanlara və həyatlarını itirənlərə hörmət edirik. Sonrakı günlərdə gördüyümüz kimi, birliyimiz bizim ən böyük gücümüzdür. Biz kimik, bunu unutmamalıyıq", deyə Bayden Twitter səhifəsində yazıb.

Xatırladaq ki, 11 sentyabr 2001-ci il tarixində terrorçular tərəfindən qaçırılan iki sərnişin təyyarəsi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılaraq onları tamamilə məhv edib. Terrorçuların nəzarətində olan daha bir təyyarə Vaşinqtonda Müdafiə Departamentinin binasının qərb qanadına çırpılıb. Terrorçular tərəfindən qaçırılan dördüncü sərnişin təyyarəsi də Pensilvaniya ştatının Pittsburq şəhəri yaxınlığında qəzaya uğrayıb. Rəsmi rəqəmlərə görə, Nyu Yorkda 2749, Vaşinqtonda 189, Pensilvaniyada isə 44 nəfər ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə