Çinin şimal-şərqindəki Liaoning əyalətində sızan yanacaq bakının partlaması nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli CGTN telekanalı məlumat yayıb.
Məlumatda həmçinin, hadisənin şənbə günü səhər Dalian şəhərində baş verdiyi qeyd olunur.
Bütün zərərçəkənlər yerli xəstəxanaya yerləşdirilib. Xəsarət alanların həyati təhlükəsi üçün heç bir əsas yoxdur. Partlayışdan sonra yanğın söndürülüb, hazırda araşdırma aparılır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB