AB Azərbaycanı icazə verilən səyahət siyahısından çıxardı

AB Azərbaycanı icazə verilən səyahət siyahısından çıxardı

Avropa Birliyi səlahiyyətliləri koronavirus pandemiyası dövründə icazə verilən səyahət siyahısından altı ölkəni çıxardı. TASS bu barədə Aİ Şurasının bəyanatına istinadən xəbər verir.

Siyahıdan Ermənistan, Azərbaycan, Albaniya, Serbiya, Bruney və Yaponiya çıxarıldı. Avropa xidmətləri bu ölkələrə girişi müvəqqəti olaraq məhdudlaşdırdı. Qeyd edək ki, səyahət termininə turist səfərləri də daxil olduğu qeyd edilir.

Bildirək ki, bu günə qədər Avropa Birliyi ölkələrindən səfərlərə Moldova, Ukrayna, Avstraliya, Yeni Zelandiya, Kanada, İordaniya, Bosniya və Herseqovina, Səudiyyə Ərəbistanı, Qətər, Sinqapur və Cənubi Koreya daxil olmaqla 12 ölkəyə icazə verilir. Bu yaxınlarda siyahıya Uruqvay da əlavə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə