Bayden fövqəladə vəziyyət rejimini uzatdı

Bayden fövqəladə vəziyyət rejimini uzatdı

ABŞ prezidenti Cozef Bayden 2001 -ci il 11 sentyabr hücumlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyəti bir il də uzadıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ Konqresinə göndərilən bildirişdə, 14 sentyabr 2001 -ci ildə elan edilən fövqəladə vəziyyətin terror təhlükəsi davam etdiyi üçün bir il daha uzadıldığı bildirilir: “11 Sentyabr 2001 -ci il terror hücumları və ABŞ -a qarşı davam edən yeni hücumlar təhlükəsi ilə əlaqədar olaraq 14 sentyabr 2001 -ci ildə elan edilən fövqəladə vəziyyəti bir il uzadıram”. Bunu Bayden bildirib.

Qeyd edək ki, fövqəladə vəziyyət Ağ Evin rəhbərinə istənilən vaxt istifadə edə biləcəyi bir sıra əlavə hüquqi səlahiyyətlər verir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə