Taliban siyasi plüralizmi rədd edib

Yeni Əfqanıstan hakimiyyəti, konfessional müharibələrə yol açmasını əsas gətirərək siyasi plüralizmi inkar etdiklərini, bundan imtina etdiklərini bəyan edib. SİA xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı informasiya nazirinin müavini vəzifəsini icra şəxsə istinadən məlumat yayıb.

"Siyasi plüralizmi inkar edir, bundan imtina edirik, çünki partiyalar konfessional müharibələrə yol açıblar", deyə məmur telekanala bəyan edib.

Xatırladaq ki, Taliban bir ay əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirib, 15 avqustda Kabilə girib və ertəsi gün müharibənin bitdiyini bildirib. Avqustun 31-nə keçən gecə ABŞ ordusu Əfqanıstanda ABŞ-ın təxminən 20 illik mövcudluğuna son qoyaraq Kabil hava limanını tərk edib. Sentyabrın 6 -da Taliban 34 Əfqanıstan əyalətinin sonuncusu olan Pəncşirin də öz nəzarətə keçdiyini elan edib. Ertəsi gün isə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb. İlk Taliban idarəçiliyi dövründə xarici işlər naziri işləyən və BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axund müvəqqəti hökumətə rəhbərlik edəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə