Ruslar qədim Türk torpaqlarına ”axına” hazırlaşırlar

Ruslar qədim Türk torpaqlarına ”axına” hazırlaşırlar

Son günlər Rusiyanın informasiya sahəsində Şərq bölgələrinə diqqət artmaqdadır. Bunun səbəbi təkcə həmin ərazilərdə baş verən yanğınlar deyil, yüksək vəzifəli şəxslərin açıqlamalarıdır. Qeyd edək ki, bu günlərdə Şərq İqtisadi Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bu ərazilərə 10 il müddətinə güzəştli vergi rejiminin tətbiq olunacağını açıqlayıb.

Deməli, bu ərazilərdə gəlir vergiləri, əmlak vergiləri, torpaq və nəqliyyat vergiləri ləğv ediləcək. Kuril adalarında sərbəst gömrük zonası rejimi olacaq. Adalar inkişaf etdiriləcək və s. və ilaxır..

Amma deyim ki, bu hələ hamısı deyil. Maraqlıdır, nələr olur? Son günlər, deyildiyi kimi, rus rəhbərliyi eyni diqqəti Sibirə verir. Hətta müdafiə naziri Sergey Şoyqu paytaxtı Sibirə köçürməyi və orada yeni şəhərlər salmağı təklif edir. Burada söhbət 300 mindən 1 milyona qədər əhalisi olan 3-5 elmi və sənaye mərkəzindən gedir. Şoyqu Sibirdə yalnız faydalı qazıntıların çıxarılmasının deyil, əlavə dəyərə malik bir məhsul əldə edərək onları emal etməyin mümkün olduğuna da inanır.

Amma necə?

Məsələn, Uzaq Şərq Federal Universitetinin Şərq İnstitutu Beynəlxalq Əlaqələr şöbəsinin dosenti, siyasi elmlər namizədi Leonid Kozlov hesab edir ki, ümumilikdə 5-7 milyonluq əhalisi olan bu əraziləri “inkişaf etdirmək” elə də asan deyil, amma vacibdir.

Onun fikrincə, Sibirin inkişafı həm iqtisadi, həm də geosiyasi baxımdan da vacibdir. Və burada söhbət ilk növbədə milyard dollarlıq Çindən və Yaponiyanın Kuril Adalarını "ələ keçirmək" üçün tam qətiyyətindən getmir. Əslində, sərt iqlimi, yaşayış üçün elə də “münasib” olmayan bu ərazilərə Cinin çoxdan “diş qıcıdığı” əksər rus rəsmilərinə məlumdur. Bir də unutmaq lazımdır ki, Rusiya ilə sərhəd bölgələrinin çinli sakinlərinin əsas gəlir mənbəələri elə bu gün də Sibir torpaqları olaraq qalmaqdadır.

Qeyd edək ki, bu gün Sibir və Uzaq Şərq Rusiya ərazisinin 80 faizini təşkil etsə də, amma burada yaşayanlar ölkə əhalisinin yalnız 20 faizini təşkil edirlər.

"Uzaq Şimal və Uzaq Şərq bölgələrində əhalinin sayını artırmaqda maraqlıyıq. Amma hələlik bunu həll etmək çox çətindir”. Bunu isə başqa bir rus alimi, iqtisadçı Anatoli Papov deyir. Onun fikrincə, Sibirdə böyük şəhərlər salmaq üçün böyük vəsaitlər oyulmalıdır, sonra isə ehtimal ki, bu bölgələrin əhalisi arta biər.

Qeyd edək ki, Papov ölkənin şərq bölgələrinin əhalisinin artmasının zəruriliyini bu ərazilərdəki təbii sərvətləri inkişaf etdirmək istəyi ilə izah edir.

Təbii ki, bu gün Rusiya prezidentinin, müdafiə nazirinin əl-ayağa düşməsi əsassız deyil. Çünki Rusiya əhalisinin 20 faizinin yaşadıqı bu ərazinin əhalisi, Uraldan bu yandakı-Qərbdəki 80 failik rusu illərdir ki, yedirir. Maraqlıdır ki, bunu artıq “şərqlı rusiyalılar” da anlayıb və hətta “üsyan qaldırmağa” başlayıblar.

Yeri gəlmişkən, bildirək ki, əslində, Uraldan şərqdə yaşayanların əksəriyyəti türkdilli xalqlardır. Yəni indi rusların “özəlləşdirdikləri” bu ərazilər qədim türk torpaqlarıdır. Bunu onların hələ də öz türk dilinə qohum dillərdə danışmaları bir daha sübut edir.

Deyim ki, o vaxt- ikinci dünya müharibəsi zamanı Rusiyanın Qərbindəki bəzi hərbi zavodlar Şərqə köçürülməsəydi, bəlkə indi nə Novosibirsk, nə İrkutsk, nə də ki, rusların digər böyük şəhərləri bu ərazilərdə olmayacaqdı.

Mən burada Sizə Saxa Respublikasının timsalında bir nümunə göstərəcəm. Deməli, Saxa Respublikası Sibirdə olan TÜRKDİLLİ ölkələr arasında ərazisinə görə ən böyüyüdür. Deyim ki, respublikanın ərazisi həcminə görə, hələ tək Fransadan 5 dəfə böyükdür. Bundan əlavə, əhalisi heç bir milyona çatmayan Saxa Respublikası dünyanın bütün təbii sərvətlərinə malikdir. Yəni iqlimi sərt olsa da, amma torpağı qızıldır.

Deyim ki, ruslar axırda bunu da qanmağa başlayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə