Gürcüstanda 50 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 1 965 nəfərə koronavirus diaqnozu qoyulub, 3 996 nəfər sağalaraq evə buraxılıb. SİA-nın verdiyi məlumata görə, son 24 saat ərzində virusun səbəb olduğu ağırlaşmalardan daha 50 nəfər vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə 567 922 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən olunub. Onların 523 669-u sağalıb, 7 917-si isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə