Movsesdən Nikola uğursuz təklif…

Movsesdən Nikola uğursuz təklif…

...Deməli, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq barədə təkliflərini erməni tərəfi neçə müddət idi ki, lal sükutla qarşılayırdı. Təbii ki, ermənilər yaxşı anlayırdılar ki, rusların vasitəçiliyi ilə olsa da, bu danışıqların nəticəsi onlara yaxşı heç nə vəd etmir. Ona görə də, hər yerdən əlləri üzülən ermənilər indi də yapışıblar Minsk qrupunun quyruğundan. Hətta o gün vaxtın ermənilər üçün işləmədiyini anlamağa başlayan baş nazir Nikol Paşinyan da Azərbaycan tərəfi ilə Minsk Qrupunun təklif etdiyi qaydada birbaşa danışıqlara hazır olduğunu bildirib.

Təbii ki, Azərbaycan Prezidenti də belə danışıqlara həmişə hazır olduğunu bildirdi.

Bəli, hazırda isə Nikol gələcək ehtimallı görüşlə bağlı “yaxın və uzaq ətrafından” məsləhətlər almaqdadır.

Deməli, bu arada Nikola dəyərli məsləhətlərdən birini də, Annaya görə hələ də Nikolla küsülü olan Baş Qərargahın keçmiş rəhbəri Movses Akopyan vermək istəyib. Özü də məsləhət, nə məsləhət…

Beləliklə, delimitasiya və demarkasiya ilə bağlı bəyanatlar hələ prosesin başlanğıcı oilmadığını deyən, “yarıtmaz general” (…bir dənə Annanın da öhdəsindən gələ bilmədiyinə görə, bu adı Movsesə demək düşür -A.B.) bunun üçün diplomatik münasibətlərə əlavə olaraq, iki ölkə bir -birinin sərhədlərini tanımalı, sənəd razılaşdırmalı, sonra iki ölkə arasında razılaşdırılmış xəritələr üzrə komissiya yaradılmalı və yalnız bundan sonra delimitasiya və demarkasiya edilə bilər.

Əla, amma ən əlası onun hələ də Annaya görə küsülü qaldığı Nikola ünvanladığı sonrakı mesaj-məsləhətdir. Deməli, Movses Akopyan deyir ki, əgər Nikol Azərbaycan Prezidenti ilə normal danışıqlar apara bilsə, o “artsaxı” itirmədən, “artsaxı” Azərbaycanın bir hissəsi kimi tanımadan, Azərbaycanın bütövlüyü tanına bilər(?).

Bax, bu lap əla, ara, bu nətəhər olur ə? Amma…yenə də “halal olsun”, siyasətçi də olsan, gərək beləsindən olasan. O dəqiqə görünür ki, çürümək ehtimalı olmayan əsl yetişmış siyasətçidir. Amma… Movses bir şeyi unudur. Nəyi?

10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan Prezidentinin söylədiyi “status cəhənnəmə getdi” sözlərini…

Ona görə də, Movses Akopyan anlamayırsa, anlamalıdır ki, Azərbaycan Prezidenti bu sözləri elə-belə deməyib və təbii ki, bu qətiyyətin arxasında müəyyən razılaşmalar dayanır. Yəqin Movsesdən fərqli olaraq, Nikol bunu yaxşı anlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə