Taliban Pencşir əyalətini də nəzarət altına aldı

Taliban Pencşir əyalətini də nəzarət altına aldı

Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatı ölkənin şimalındakı Pencşir əyalətini tamamilə ələ keçirib. SİA xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid məlumat verib.

"Şimal alyansının son qalası olan Pencşir əyaləti tamamilə ələ keçirildi. Əyalətdəki üsyançıların bir qismi məğlub oldu, qalanları isə qaçdı", - mesajda deyilir.

Əfqanıstanın Asvaka agentliyi isə öz növbəsində Talibanın Pencşir qubernatorluğunun binası üzərində bayrağını artıq qaldırdığını bildirib.

Bu arada "Afqanistan Urdu" agentliyi xəbər yayıb ki, hər iki tərəfdən ölən və yaralanan var. Ölənlər arasında əməliyyatda iştirak edən həm Taliban, həm də Əhməd Məsuda tabe olan komandirlər də var. Pencşir əməliyyatına məsul olan yüksək rütbəli Taliban komandiri Qari Fasihuddin də döyüşdə öldürülüb. Lakin Taliban hələ bu məlumatı təsdiqləməyib.

Qeyd edək ki, Taliban ABŞ silahlı qüvvələrini ölkədən çıxarmaq niyyətində olduğunu yazdıqdan sonra Əfqanıstan üzərində nəzarəti qurmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqustda Əfqanıstan Prezidenti Əşrəf Qani istefa verərək ölkəni tərk edib və Taliban döyüşsüz Kabilə girib.

Radikalların hakimiyyətət gəlməsi ilə razılaşmayan qüvvələr Pencşirdə məşhur səhra komandiri Əhməd Şah Məsudun (1953-2001) oğlu Əhməd Məsudun başçılıq etdiyi müqavimət hərəkatı təşkil ediblər. Özünü dövlət başçısı elan edən keçmiş vitse-prezident Əmrullah Saleh də onu dəstəkləməyə çağırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə