Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna lideri Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olduğunu bildirib. Qeyd edək ki, ukraynalı nazir bu fikirləri yeli “İnter” telekanalına verdiyi açıqlamada bildirib.
Kulebanın sözlərinə görə, Ukrayna tərəfi “bu görüşdən heç vaxt gizlənmir və buna həmişə hazırdır”, amma “görünür ki, Moskva bu görüşdən yayınmaq üçün daim bəhanələr tapır”
Xatırladaq ki, bir müddət bundan əvvəl Putinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu” lakin “hələlik Kiyevdən belə bir qarşılıqlı siyasi iradə və görüşə hazırlıq işlərində irəliləyiş olmadığını” bildirmişdi.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB