Pakistanda dəhşətli partlayış - 3 NƏFƏR ÖLÜB

Pakistanın Bəlucistan əyalətində dəhşətli partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Səlahiyyətlilər Ketta şəhərində bir yolda partlayış olduğunu bildiriblər.

Qeyd edək ki, səlahiyyətlilər partlayışın intihar hücumundan qaynaqlandığını ehtimal edirlər.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə