Neyləyəsən, ”yoxun üzü qara olsun”…

Neyləyəsən, ”yoxun üzü qara olsun”…

“…Ermənistan dünyanın turizm xəritəsində ailəvi tətillər üçün ideal bir məkana çevrilə bilər”.

Deməli, bu fikirləri Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan “fvw DRV Destination Forum Armenien” erməni-alman turizm forumunun açılışı ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

Kerobyanın sözlərinə görə, 2019-cu ildən başlayaraq, Almaniya turist səfərləri baxımından Avropa Birliyi ölkələri arasında ən sürətli artım tempi göstərir. Bundan başqa, koronavirusun ciddi məhdudiyyətlərinə baxmayaraq, biz bu il də həmin tempin təsirli dinamikasını müşahidə edirik.

Qeyd edək ki, Kerobyan alman-erməni turizminin əlaqələrinə də diqqət çəkib.

Beləliklə, onun fikrincə, bu gün Almaniyadan Ermənistana gələn qonaqları mədəni və dini irs, mətbəx, təbiət maraqlandırır, lakin Ermənistanı bir çox ölkədən fərqləndirən başqa bir cəhət də var, bu qonaqlara qarşı təhlükəsizlik və dostluq münasibətləridir… “Buna görə də Ermənistan ailəvi tətillər üçün “ən təhlükəsiz” ölkələrdən biridir və bu üstünlük düzgün şəkildə təmsil olunmalıdır”.

Nə gözəl, nə gözəl...amma, bu əmmalar olmaya da… Deməli, bəzi ermənilərin iqtisadiyyat naziri Vahan Kerobyana buradakı iradları nədir? Yenə də deməli, ermənilər burada Kerobyana sual edirlər ki, bu gün “itin yiyəsini tanımadığı” bir ölkədə siz hansı ailəvi tətil və ya istirahətdən danışırsınız?

Onların dediyinə görə, bu gün Avropada erməniləri az-cox adam yerinə qoyanlardan biri də almanlardır ki, Kerobyan da onları ailəvi, yəni uşqaları ilə birgə Ernənistana ölməyə…, üzr istəyirəm, istirahətə getməyə çağırır.

Maraqlıdır ki, Ermənistandakı son durumun elə də ürəkaçan olmadığını bildirən ermənilər Kerobyanın sağlam düşüncə sahibliyinə şübhə ilə yanaşmağa başladıqlarını da gizlətmirlər. Yəni bu gün ölkədə iqtisadiyyat naziri kimi məsul bir vəzifə daşıyan birinin almanlara arvad-uşaqlarını da “qoltuqlarına” vurub Ermənistana istirahətə çağırmasını… ermənilər Kerobyanın alman ailələrinə mina tarlasında futbol oynamaq təklif etməsi kimi qəbul edirlər.

…Və hətta bir az şübhələnirlər də, görən, Kerobyan vaxtilə nasist konslagerlərində törədilənlərin qisasını indi o almanları Ermənistana istirahət adı ilə çağırıb onlardan almaq istəmir ki?

Amma, doğrudan da, çox şübhəlidir…çünki Kerobyanın belə “məsuliyyətsiz çağırışı” elə məni də şübhələnməyə vadar edir…yenə də… amma neyləyəsən, ”yoxun üzü qara olsun”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə