Koronavirusdan ölənlərin sayı 4904 nəfərə çatıb - ERMƏNİSTANDA

Koronavirusdan ölənlərin sayı 4904 nəfərə çatıb - ERMƏNİSTANDA

Ermənistanda son sutka ərzində daha 621 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 244 602 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 904-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1115 nəfərdir. Koronavirusa yoluxan 228 736 nəfər sağalıb. Hazırda 9 800 pasiyent müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə