ABŞ prezidenti Cozef Bayden 11 sentyabr terror aktının 20 -ci ildönümü ilə
əlaqədar bir həftə ərzində bütün sənədlərin Federal İstintaq Bürosu tərəfindən açılmasına göstəriş verib.
SİA xəbərin “The Guardian” nəşri tərəfindən yayılığını bildirir.
Qeyd edək ki, Bayden, araşdırma ilə əlaqədar sənədlərin məxfiliyini açmağı Ədliyyə Nazirliyinə həvalə edib.
Bundan əlavə, ölkənin baş prokurorluğundan 11 sentyabr terror aktı
ilə bağlı gizli sənədlərin növbəti altı ay ərzində açıqlaması tələb olunur.
Bildirək ki, hazırda 11 sentyabr qurbanlarının ailələri, hücumda iştirak ittihamı ilə Nyu York federal məhkəməsinə Səudiyyə Ərəbistanı hökumətinə qarşı iddia qaldırıb və terror aktının kimin maliyyələşdirdiyi, dəstəklədiyi barədə məlumatlara ehtiyac duyduqlarını bildiriblər.
Bu arada 11 sentyabr terror aktı qurbanlarının ailələrinə başsağlığı verən ABŞ prezidenti “bu cəmiyyətin üzvləri ilə hörmətli bir şəkildə əlaqə qurmağa davam edəcəyini” söyləyib
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB