Amerika Birləşmiş Ştatları Əfqanıstandan təxliyə olunmuş qaçqınların ölkəyə yerləşdirilməsi proqramını genişləndirərək minimum 50 min nəfərə çatdırmaq niyyətindədir.
Qeyd edək ki, bunu ABŞ silahlı qüvvələrinin Şimal komandanlığının başçısı general Qlen Van Xyerk ötən gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə hazırda bu plan üzərində iş gedir. Xyerk onu da bildirib ki, təxliyə olunan bütün qaçqınlara yaşayış yeri, ərzaq, tibbi yardım təqdim olunur.
Yeri gəlmişkən bildirək ki, hazırda Əfqanıstandan Amerika Birləşmiş Ştatlarına təxliyə olunmuş qaçqınların ümumi sayı 25,6 min nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB