Almaniyada keçiriləcək seşkilərə üç həftə qalıb. Maraqlıdır ki, bu gün Merkel blokunun reytinqi tarixin ən aşağı səviyyəsinə düşüb. Belə ki, mühafizəkar CDU / CSU blokunun reytinqi bütün dövrlərin ən aşağı səviyyəsində yer alıb. “Evropeyskaya Pravda” xəbər verir ki, bunu “DeutschlandTrend”in keçirdiyi sorğunun nəticələri də sübut edir.
Ehtimala görə, əgər ümumi seçkilər gələn bazar günü keçirilsə, CDU/CSU bloku təqribən 20 faiz səs toplaya bilər. Bu isə keçən ayla müqayisədə 7 bal azdır və sorğunun bütün tarixində mütləq minimumdur. Qeyd edək ki, reytinqdə lider mövqeyini 7 pillə yaxşılaşdıraraq 25 faizə qaldıran Sosial Demokrat Partiyasıdır.
Onu da bildirək ki, “Yaşıllar” partiyası seçicilərin 16 faizinin dəstəyi ilə üçüncü yerdədir. Bu partiya da bir ay ərzində üç xal itiribib. Sonrakı yerləri 13 faiz səslə Azad Demokratlar, 12 faiz səslə Almaniya üçün sağçı Alternativ və 6 faizlə Sol Partiya tuturlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB