ABŞ-da dəhşətli qasırğa - 13 NƏFƏR ÖLÜB

ABŞ-da dəhşətli qasırğa - 13 NƏFƏR ÖLÜB

ABŞ-ın Nyu-York və Nyu-Cersi əyalətlərində "İda" qasırğasının yaratdığı daşqınlar nəticəsində ən azı 8 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 5 nəfər Nyu-Yorkun Queens bölgəsindəki daşqın zonasında ölüb. Nyu-Yorkdakı bütün metro xətləri daşqın səbəbindən dayandırılıb. "İda" qasırğasının Yeni İngiltərə bölgəsi boyunca şimala doğru davam etməsi gözlənilir.

Qeyd edək ki, daha əvvəl "İda" cənubundakı Luiziana əyalətinə ciddi ziyan vurub və bir milyon ev işıqsız qalıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə