"Taliban"çılar əvvəllər insanları dəyənəklə cəzalandırırdılar, indi isə avtomatla güllələyirlər - Əfqanıstanın səfiri

"Taliban"çılar əvvəllər insanları dəyənəklə cəzalandırırdılar, indi isə avtomatla güllələyirlər - Əfqanıstanın səfiri

"Taliban” hərəkatı beynəlxalq terror təşkilatlarının üzvlərindən ibarət çoxyönümlü bir qrupdur.

SİA xəbər verir ki, bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Ağbar “RİA Novosti”yə müsahibəsində bildirib.

“Taliban” hazırda bir qrup deyil, onlar çoxyönümlüdürlər. 25 il əvvəl tək bir qrup idilər, indi isə onların arasında adları qadağan olunmuş beynəlxalq təşkilatların siyahısında olan beynəlxalq terror təşkilatlarının üzvləri var”, - deyə diplomat qeyd edib.

“Onlar bəyan edirlər ki, sülh üçün gəliblər, ancaq beynəlxalq ictimaiyyət tərəfindən məcbur edilməyənə qədər sülh danışıqlarına razı olmayacaqlar. Onlar nasistlərdir, yalnız puştun hökuməti istəyirlər. 25 il əvvəl insanları dəyənəklə cəzalandırırdılar, indi isə avtomatla güllələyirlər”, - deyə səfir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə