Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələri “Taliban” yaraqlılarının hücumunun qarşısını alıb. SİA xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində ən azı 7 silahlı öldürülüb.
Xatırladaq ki, taliblərin hakimiyyəti ilə razılaşmayan qüvvələr Pəncşirdə məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət təşkil ediblər. Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra özünü müvəqqəti dövlət başçısı elan edən vitse -prezident Əmrullah Saleh də müqavimət qüvvələrinə qoşulub.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB