Avqustun 25-də Gorus-Kafan dövlətlərarası yolunun Karmrakar-Şurnux, daha sonra Gorusdan Vorotana gedən hissələrində avtomobillərin hərəkətinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dayandırılması haqqında məlumat daxil olub. SİA bu barədə Ermənistanın "Past" qəzetinə istinadən xəbər yayıb.
Mənbədən bildiriblər ki, yol bağlanandan dərhal sonra Nikol Paşinyan iki gün dalbadal Putinlə əlaqə saxlamağa çalışsa da, sonuncu zənglərinə cavab verməyib. Rusiya siyasi dairələri belə bir fikirdədirlər ki, Rusiya Prezidenti bunu etməklə Paşinyana heç bir sərhəd məsələsinin onun vasitəçiliyi olmadan həll oluna bilməyəcəyini və Rusiyadan yan keçməyin sadəcə mənasız bir hərəkət olduğunu demək istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB