Əfqanıstanda vəziyyət müzakirə olunacaq - BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurasının bu gün Əfqanıstandakı vəziyyətlə bağlı iclası keçiriləcək. SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb. Daha əvvəl BMT Baş katibi Antonio Quterreşin Əfqanıstandakı vəziyyəti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə etmək planları haqqında məlumat verilib. Fransa prezidenti Emmanuel Makron da bu mövzuda Təhlükəsizlik Şurasının iclasının keçirilməsinin gözlənildiyini bildirmişdi.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB