İtaliyanın Milan şəhərinin Via Antonini küçəsində təxminən 70 ailənin yaşadığı 15 mərtəbəli bir mənzildə yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürən və çoxlu təcili tibbi yardım maşınları cəlb edilib. Hadisə yerində araşdırmalar aparmaq üçün gələn Milan Bələdiyyə Başçısı Cüzeppe Sala jurnalistlərə hazırda ölüm və ya yaralanma ilə bağlı heç bir məlumatlarının olmadığı bildirib.
Bina sakinlərinin yanğınsöndürənlər tərəfindən qapıdan çıxarıldığını ifadə edən Sala binadan ümumilikdə 20 adamın çıxarıldığını qeyd edib.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB