Görən, ruslar terrorçu kimi tanıdığı “Taliban”la dostluq edəcəkmi?

Görən, ruslar terrorçu kimi tanıdığı “Taliban”la dostluq edəcəkmi?

Hər şeydən əvvəl xatırladaq ki, “Taliban” 1994 -cü ildə Əfqanıstanda – Kandaqar mədrəsəsində təhsil alan bir qrup (təqribən 30 nəfər) tələbələr tərəfindən yaradılan İslamçı bir terror hərəkatıdır. Qeyd edək ki, hərəkatın ilk təbliğat və yaradıcıları bu gün Əfqanıstanda say hesabı ilə coxluq təşkil edən paştunlardır.

Xatırladaq ki, 1999 -cu ildə “İŞİD”-i terror təşkilatı kimi tanıyan BMT-nin Təhlükəsizlik Şurası, nədənsə, bir ara “Taliban” terror hərəkatına qarşı “humanist” olub. Buna baxmayaraq, Təhlükəsizlik Şurası həmişə “Taliban” qruplaşmasının İŞİD -ə göstərdiyi dəstəyin dayandırmasını tələb edib. Amma…sonradan isə BMT-nin Təhlükəsizlik Şurası hər iki təşkilata qarşı sanksiya tətbiq etdi.

Qeyd edək ki, bu gün “Taliban” Rusiya da daxil olmaqla Türkiyə və Kanada tərəfindən terror təşkilatı olaraq tanınır.

Təbii ki, bütün bunlar öz yerində…amma burada maraqlı bir nüans Kremlin Rusiyada “Taliban” hərəkatına qoyulan qadağanın atadan götürülməsinin mümkünlüyünə münasibətlə bağlıdır.

Doğrudan da, maraqlıdır, bu gün “dövlət qurmaqda” ruslardan kömək uman taliblərə qarşı onların siyasəti, lap elə münasibəti dəyişə bilərmi? O da maraqlıdır ki, bu məsələyə münasibətdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “bir az tərəddüdlə” danışıb, bizlərdə deyildiyi kimi, “nala-mıxa” vurur. Yəni bu mövzu ilə bağlı sualın vaxtından əvvəl qaldırıldığını bildirir.

Qeyd edilməlidir ki, Peskov, ilk olaraq, “Taliban”ın Əfqanıstan rəhbərliyində ilk addımlarından sonra bəzi nəticələr çıxarmaq lazım olduğunu vurğulayır. ( …buna el arasında “dişəvurma” da deyilir). Bununla əlaqədar olaraq Kremlin sözçüsü bəzi məsələləri, məsələn, hazırda Əfqanıstanına yeni rəhbərliyin hələ formalaşmadığını, ölkədə olan xarici vətəndaşların hələ tam olaraq təxliyəsinin başa çatmadığını da diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu gün Əfqanıstan ərazisində terrorçu qrupların və elementlərin olması ilə əlaqədar təhlükəli bir proses baş verir.

Təbii ki, bunlar öz yerində…amma maraqlıdır, görən Rusiya dünənə qədər terrorçu kimi tanıdığı “Taliban”la dostluq edəcəkmi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə