"Tiktok" bu videoları qadağan edib

"Tiktok" bu videoları qadağan edib

İnsanların süd daşıyan sandıqları üst-üstə qoyaraq keçməyə çalışdıqları "Milk Crate Challenge" videoları reaksiyalardan sonra "tiktok"da qadağan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyini məlumata görə, istifadəçilər arasında populyarlaşan problemlə bağlı saysız-hesabsız yazı var. İnsanların özlərinə daha çox zərər verməsini istəməyən "tiktok" rəhbərliyi bütün yazıları platformadan silib.

"Tiktok" rəhbərləri platformada təhlükəli hərəkətləri təşviq edən cərəyanların əleyhinə həmişə olacaqlarını ifadə ediblər. Səlahiyyətlilər insanları həm sosial mediada, həm də real həyatda diqqətli olmağa dəvət etdiklərini bildiriblər.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə