Ermənistanın XİN başçısı Lavrov və Zasla görüşəcək

Ermənistanın XİN başçısı Lavrov və Zasla görüşəcək

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 30-31 avqust tarixlərində Rusiya Federasiyasına işgüzar səfər edəcək. Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək, daha sonra mətbuat konfransı keçirəcək.

KTMT-nin baş katibi Stanislav Zasla da Moskvada görüş planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə