Türkiyədən gələn müsbət siqnallar hələ ki, bütün ermənilərə çatmayıb
Ötən gün Ankara -İrəvan münasibətləri mövzusuna toxunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “birtərəfli ittihamların yerinə real yanaşmaların gəlməsi”nin vacibliyini bildirib. Onun sözlərinə görə, “İrəvan bu istiqamətdə hərəkət etməyə hazırdır olarsa, bu halda Ankara Ermənistanla münasibətlərin tədricən normallaşması üzərində işə başlaya bilər”.
Qeyd edilməlidir ki, erməni baş nazir Nikol Paşinyan da Türkiyə prezidentinin bu açıqlamalarına “biganə” qalmamış və qonşu ölkədən gələn bu kimi müsbət siqnallara elə “müsbət siqnalla da cavab verməyə hazırlaşacaqlarını” bildirmışdi.
Təbii ki, Paşinyanın bu açıqlaması Ermənistanda birtərəfli qarşılanmayıb. Belə ki, bu məsələ ilə bağlı Nikolu təqdir edən ermənilərlə yanaşı, onu tənqid edənlər də yox deyil.
“...Bu günə qədər Ankara İrəvana heç bir ictimai siqnal göndərməmiş və regional sülhün bərqərar olması baxımından müsbət hesab edilə biləcək heç bir açıqlamalar verməmişdir”. Deyim ki, bu fikirləri özünü erməni hərbi ekspert kimi təqdim edən Karen Ovannisyan “Sputnik Ermənistan”nın efirində danışarkən bildirib. Qeyd edək ki, o, bu fikirləri baş nazir Nikol Paşinyanın Türkiyənin regional dünya kontekstində “müəyyən müsbət siqnallar” göndərdiyinə dair şərhinə münasibət bildirərkən deyib.
Erməni hərbi ekspert guya bu günə qədər Ankaradan İrəvanla bağlı “ekspansionist ritorika” və “yoxsul ölkə”nin təsviri istisna olmaqla heç bir siqnal görmədiyini bildirir. Ovannisyana görə, bu gün Türkiyə Ermənistana danışıqlar prosesinin tamhüquqlu iştirakçısı kimi yox, məğlub olan, uduzan tərəf kimi baxır". (Təbii ki, əslində, bu belə olmasa da, amma erməni gədəsindən soruşmaq gərək: ara, Karen, bəs necə baxmalıdır?-A.B.)
Ovannisyanın sözlərinə görə, bunu Azərbaycan-Türkiyə regional infrastrukturun blokdan çıxarılması bəhanəsi ilə “Zəngəzur dəhlizi” adlandırılan “strateji yolu” əldə etmək istəkləri də sübut edir.
Erməni hərbi ekspert Nikolun “türklərdən aldığı müsbət siqnalın” real siqnal olmasına bir də ona görə şübhə edərək deyir ki, əgər Azərbaycan Goris-Qapan dövlətlərarası yolu bağlaynda Türkiyə buna qarşı çıxıb Ermənistanı müdafiə etsəydi, bəlkə də həmən vaxt biz ermənilər bunu türklərin müsbət siqnalı kimi qəbul edə bilərdik.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB