ABŞ hərbiçiləri Kabili tərk edir

ABŞ hərbiçiləri Kabili tərk edir

Amerika Birləşmiş Ştatları hərbi kontingenti və texnikasını Kabil aeroportundan çəkməyə başlayıb. SİA xəbər verir ki, bu barədə bu barədə Ağ evin sözçüsü Con Kirbi keçirdiyi brifinqdə məlumat verib. Lakin o, hazırda Kabil aeroportunda neçə hərbçinin olduğunu deməyib.

Qeyd edək ki, Kirbi daha əvvəl Reuters-ə açıqlamasında Kabildə 4000-dən artıq ABŞ əsgərinin qaldığını bildirmişdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə