Peruda avtobus dərəyə aşıb, azı 15 nəfər həlak olub

Peruda avtobus dərəyə aşıb, azı 15 nəfər həlak olub

Perunun cənubunda avtobusun dərəyə aşması nəticəsində azı 15 nəfər ölüb, üç nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə Andina informasiya agentliyi yerli polisə istinadən bildirib.

Məlumata əsasən, faciə yerli vaxtla saat 12:30-da Kusko və Apurimak departamentlərinin sərhədində baş verib. Avtobus Avstraliyanın MMG mədən şirkətinin işçilərini daşıyan zaman dərəyə düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə