Taliban və Şimal Alyansı bir-birinə hücum etməmək barədə razılığa gəliblər
Taliban hərəkatı və Şimal Alyansı (Əfqanıstanın Qurtuluşu Cəbhəsi) bir-birinə hücum etməmək barədə razılığa gəliblər. SİA-nın xəbərinə görə, bu barədə Geo TV-nin ingilis xidməti cümə axşamı məlumat yayıb.
Tərəflərin əldə etdiyi razılaşmaları gün ərzində mətbuat konfransında açıqlayacaqları qeyd olunur. Mənbələrə görə, son iki gündə Əfqanıstanın Parvan əyalətinin Çarikar şəhərində Taliban və Şimali Alyansının nümayəndə heyətləri arasında görüşlər keçirilib.
Talibanın Şimal Alyansı ilə əldə etdiyi razılaşmanın Əfqanıstanın Taliban tərəfindən nəzarət edilməyən yeganə bölgəsi olaraq qalan Panşir əyalətindəki qruplar arasında toqquşmaların qarşısını alacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB