Özbəkistan prezidenti KTMT sammitində iştirak edəcək

Özbəkistan prezidenti KTMT sammitində iştirak edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu gün qonaq olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Əfqanıstandakı vəziyyətə həsr olunmuş fövqəladə sessiyasında iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əfqanıstandakı mövcud vəziyyəti nəzərə alaraq, həm də mümkün olan təhlükəsizlik çağırışlarına və təhdidlərinə cavab olaraq bölgədəki ən yaxın tərəfdaş ölkələrin və yaxın qonşuların gördüyü tədbirlər ilə daha yaxından tanış olmaq üçün Özbəkistan prezidenti video konfrans formatında keçiriləcək KTMT dövlət başçılarının fövqəladə Zirvə Görüşündə qonaq olaraq iştirak edəcək.

Məlumat üçün bildirək ki, bu gün KTMT Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə növbədənkənar iclası keçiriləcək. Onun keçirilməsi ilə bağlı qərar Əfqanıstanda baş verən son hadisələr fonunda qəbul edilib. KTMT Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın üzv olduğu beynəlxalq təhlükəsizlik təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə