“Krım Platforması”na Rusiya niyə dəvət olunmayıb?

“Krım Platforması”na Rusiya niyə dəvət olunmayıb?

Beləliklə, bu gün, avqustun 23-də Kiyevdə “Krım Platforması” adı verilmiş forum keçirilir. Qeyd edək ki, bu forum indiyə qədər Ukraynada keçirilən ən böyük beynəlxalq tədbir kimi tarixə düşə bilər. Xatırladaq ki, forumun işinə Rusiya istisna olmaqla 44 ölkədən və beynəlxalq təşkilatlardan nümayəndə heyətləri qatılmalıdır.

Onu da bildirək ki, bu gün Kiyevdə bu hadisə Krımın və Sevastopolun “qaytarılması” siyasətinin qurulacağı sütunlardan biri hesab olunur. Amma Moskvada bunu Rusiyanın ərazi bütövlüyünə təhlükə kimi qəbul edirlər. Təbii ki, bu mənada Kreml rəsmilərinin Kiyevdəki forumuna hansı münasibət nümayiş etdirdiyi başa düşüləndir.

Bu arada Rusiya Avropa Birliyi ölkələrini “Krım Platforması” forumuna qatılmağın nəticələri ilə əlaqədar xəbərdar edib. “Krım Platforması” forumunu siyasi bir performans olaraq qiymətləndirən Moskva Avropa Birliyi ölkələrinin buradakı iştirakını Rusiya ilə dialoqa mənfi təsir göstərəcəyini bildirir.

Bildirək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevdə keçirilən forum haqqında danışarkən bunu “Qərbin müasir Ukrayna hökumətinin neo-nasist, irqçi hisslərini bəsləməyə davam etdiyi” kimi xarakterizə edib.

Yeri gəlmişkən bildirək ki, foruma Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da qatılacağı da bildirilir.

Ağasəf Babayev

P.S. Bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Krım məsələsinin “nəhayət bağlandığını” bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə