"Lazım gələrsə, "Taliban"la işləyəcəyik" Böyük Britaniyanın Baş naziri

"Lazım gələrsə, "Taliban"la işləyəcəyik" Böyük Britaniyanın Baş naziri

Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstan böhranının diplomatik və siyasi həlli yolunda "Taliban" hərəkatının nümayəndələri ilə işləməyə hazır olduğunu deyib.

SİA-nın məlumatına görə, bu barədə Baş nazir "Sky News" telekanalının efirində "Cobra" adlı fövqəladə komitənin Əfqanıstandakı vəziyyətlə bağlı iclasından sonra bildirib.

B.Conson qeyd edib: "İnsanları inandırmaq istəyirəm ki, biz Əfqanıstandakı vəziyyətin siyasi və diplomatik həlli yollarını axtarmağa davam edəcəyik və təbii ki, lazım gələrsə, "Taliban"la işləyəcəyik".

Baş nazir Əfqanıstanda vəziyyətin bir qədər yaxşılaşdığını deyib: "Vəziyyət bir az yaxşılaşır və [Kabil] hava limanında sabitləşmə görürük".

Bütün xəbərlər Facebook səhifəmizdə