Bəs, siz Nikolun təmiz ermənilərdən biri olduğunu deyirdiniz. Hətta onu da deyirdiniz ki, Paşinyan nə Robert Koçaryan, nə də Serjik Sarkisyan kimi oğru-quldur deyil.
…Əgər oğru deyilsə, bəs onda “Mənim addımım” fonduna yığılan ianələri kim çırpışdırır? Bilirik, bu oğurluqda Anna Akopyanın da barmağının olduğunu çox gözəl bilirik. Əslində, Nikolu bu əyri yola sürükləyən də, bəlkə elə Annadır. Çünki Nikol o vaxt qəzet redaktoru olarkən də, pul almaqda “insaflı” imiş. İndi belə görünür ki, Anna onu da yoldan çıxarmağa başlayıb. Hətta deyilənə görə, son zamanlar “Mənim addımım” fondu bu cütlüyü “sevgili oliqarxlar” olmağa hazırlayır.
Amma yadınızda olar, əvvəllər belə deyildi. O vaxt Ermənistan “çətinliklə də olsa, öz müstəqilliyini” əldə edəndən sonra dövlət quruluşunda ən vacib proqramların həyata keçirilməsinə dəstək vermək üçün vəsait yönəldən bir neçə ümumerməni fondu var idi. Amma “Hayastan” ümumerməni fondu bu fondların başında dururdu. Hər il telemarafonlar keçirərdi. Dünyanın bütün erməniləri həmin fonda ianə köçürərdilər. Həmin ianələr hesabına Ermənistandakı ermənilərin də çoxsaylı dərdlərinə əlac ediliərdi. Döğrudur, sonradan Ermənistana gətirilən bu ianələrə ölkədə əl uzadanlar da olduğu da istisna edilmirdi. Amma ianələr çox yığılırdı deyə, bu, o qədər də nəzərə çarpmırdı.
Yadınızda olar, 2018-ci ilin noyabrında fondun keçirdiyi telemarafon zamanı bir qədər az ianə yığılmışdı. Az deyəndə ki, Serj Sarkisyanın hakimiyyətinin son dövrünə, yəni 2017-ci ilə nisbətən 1,5 milyon dollar az olmuşdu deyə, Nikol bundan incik düşdü. Bunu özünə qarşı hörmətsizlik kimi qəbul elədi. Fondun rəhbəri Ara Vardanyana qarşı cinayət işi başlatdı və bununla da o boyda gəlir mənbəyinin-“Hayastan” fondunun “atasına od qoydu”. Amma buna baxmayaraq, xaricdəki ermənilər 44 günlük müharibə dövründə də, fonda ianələr göndərməyə davam etdirdilər. Hətta deyilənə görə, fonda yığılan ianələrin həcmi təxminən 107 milyon dolları da keçib. Deyim ki, bunu erməni puluna çevirəndə 52 milyard dram edirdi. Bu, doğrudan da, böyük bir məbləğ idi. Amma bu məbləğin sonrakı taleyi nə oldu?
Dedilər ki, Ermənistanın büdcəsinə köçürülüb və Paşinyan hökumətinin istəyi ilə xərclənib. Haraya, yəqin ki, bunu Paşinyanla Anna xanım yaxşı bilər. Amma həmin ərəfədə bu ianə pullarının çox hissəsinin ölkə məmurlarının mükafatlandırılması üçün bonus fonduna yönəldildiyi heç kimdə, heç bir şübhə yeri qoymurdu.
Müharibədə “qəhrəman erməni oğulları” ölür, bunların başı isə pul...üzr istəyirəm ianə bölgüsünə qarışıb.
Təbii ki, bundan duyuq düşən xaricdəki imkanlı ermənilər -“Hayastan” fondu rəhbərliyinə daha telemarafon keçirməməyi və əgər keçirəcəkləri təqdirdə fonda qara qərik belə göndərməyəcəklərini bildiriblər.
...Biz burada nə yollasa da olsa pul qazanaq, siz də orda ianə adı ilə basıb yeyəsiniz?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB