Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. SİA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, digər məsələlərlə bərabər Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə edilib.
Emmanuel Makronun xahişi ilə Vladimir Putin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Dağlıq Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsindəki irəliləyişlər barədə məlumat verib.
Bildirib ki, regionda vəziyyət ümumiyyətlə sabitdir, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımlar atılır.
Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri və hər şeydən əvvəl ATƏT-in Minsk Qrupunda gələcək birgə işlərin aparılması üçün qarşılıqlı fikir ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB