“Taliban”ın nə vaxtsa Əfqanıstanı “dövlət kimi formalaşdırıb dövlətlər sırasına qoşacağı” elə də inandırıcı görünmür. Bunu iki gün əvvəl “Taliban” terrorçularının Nanqarharda, Əfqanıstanın milli bayrağına dəstək üçün mitinq keçirən yerli sakinlərə tutduğu divan da sübut edir.
Əslində, bu, belə də olmalıdır. Çünki talibançılar vətən fədailəri deyillər, onlar vaxtilə 30 yarımtəhsilli “tələbələrdən” təşəkkül tapıb formalaşan pozuq bir qüvvədir. Əslində, onlar hələ də nə etmək istədiklərini bilməyən terrorçulardan başqa bir şey deyillər. Amerikanın, bu dəfə Asiyanın başqa bir bölgəsində həyta keçirəcək oyunlarını icra edəcək terrorçular. Bu gün qiyməti milyardlarla dəyərləndirilən silahların “Taliban”a ötürülməsi də bu oyunun növbəti bəndlərindən biridir.
Beləliklə, dünən əfqan xalqlarına şirin vədlər verən “Taliban” terror hərəkatı silahlıları bu gün Əfqanıstanın Qəzni əyalətində yaşayan azsaylı xalqlardan olan Xəzərlərə vəhşicəsinə işgəncə verərək onları öldürüblər. Qeyd edək ki, bu barədə “Amnesty International” hüquq müdafiə təşkilatının hesabatında bildirilir. Verilən məlumata görə, artıq 6 nəfərdən artıq xəzərli öldürülüb və xeylisinə də işgəncə verilir. Təbii ki, ölkədə “dövlət quracaq” başıpozuqlardan başqa şey gözləməyə də dəyməz.
Yeri gəlmişkən bildirək ki, Əfqanıstanda azsaylı xalq kimi yaşayan xəzərlilər İslam dininin şiə təriqətinə sitayiş edirlər. Talibanların isə sünnə olduğu bildirilsə də, əslində, bu elə də inandırıcı görünmür. Çünki onların hansı məzhəbə qulluq etdikləri heç kimə məlum deyil. ...İslam aləmində özünə müsəlman deyən biri belə vəhşiliklərə getməməlidir.
Yeri gəlmişkən, “Taliban” terror təşkilatının bu gedişlə Əfqanıstan hakimiyyətində uzun müddət qalacağı elə də inandırıcı görünmür. Qeyd edək ki, terrorçular hazırda vaxtilə ABŞ və NATO -ya kömək edən, yəni onların bu ölkədə açdıqları təşkilat və qurumlarda işləyən əfqanların axtarışına başlayıblar. Onlar hətta “xarici qüvvələrlə əməkdaşlıq edən” əfqanların ünvanlarının siyahısının ola biləcəyini də ehtimal edib, bu istiqamətdə axtarışlarını davam etdirməyə başlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB