ABŞ dövlət katibi NATO-nun Baş katibi ilə Əfqanıstanı müzakirə edib

ABŞ dövlət katibi NATO-nun Baş katibi ilə Əfqanıstanı müzakirə edib

ABŞ-ın dövlət katibi Entoni Blinken və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Əfqanıstandakı vəziyyəti və buna alyansın bu mövzuya həsr edilmiş iclasını müzakirə ediblər:

"Bu görüş müttəfiqləri bir araya gətirərək Əfqanıstanda baş verən hadisələri və NATO-nun təhlükəsiz və nizamlı şəkildə təxliyəni təmin etmək səylərini müzakirə etməyə imkan verəcək <...>. Dövlət katibi və baş katib bu məsələdə, eləcə də NATO-nun Əfqanıstanda gələcək yolunun planlaşdırılmasında müttəfiqlərin və tərəfdaşların sıx koordinasiyanın vacib olduğunu vurğulayıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə