"Taliban" Əfqanıstan paytaxtında komendant saatı tətbiq edib

"Taliban" Əfqanıstan paytaxtında komendant saatı tətbiq edib

"Taliban" hərəkatı Əfqanıstanın paytaxtı Kabildə komendant saatı tətbiq edib.

SİA xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, saat 21:00-dan sonra sakinlərə küçəyə çıxmağa icazə verilmir. Sakinlər yalnız istisna hallarda evdən çıxa bilərlər.

Bildirilir ki, komendant saatının tətbiq edilməsi barədə şəhərin bütün məscidlərində elan verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə