Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsində 3 əsgərin cəsədi tapılıb
Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsinin ərazisində güllə yarası alan 3 əsgərin cəsədi tapılıb. SİA erməni mənbələrinə istinadən xəbər verir ki, cəsədlər avqustun 19-u gecə saat 02:15 radələrində cənub-şərq istiqamətində döyüş mövqeyinə yaxın nöqtədə tapılıb.
Ölən əsgərlərin adları da məlum olub, bunlar Murad Aşotoviç Muradyan (2002-ci il təvəllüdlü), Levon Rafaeloviç Harutyunyan (2002-ci il təvəllüdlü), Gor Artakoviç Saakyandır (2002 -ci il təvəllüdlü). Hadisənin başvermə səbəbləri araşdırılır.
Mətbuatda yayılan məlumatlara görə, faciə Zəngəzur bölgəsindəki Kornidzor kəndi yaxınlığında baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB