Qazaxıstanda ötən sutka ərzində koronavirusa 7 minə yaxın yeni yoluxma halı qeydə alınıb
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 337 yoluxma halı qeydə alınıb.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 715 716, ölənlərin sayı isə 7 988 nəfərə çatıb.
Bildirilir ki, ötən gün koronavirusdan 6 666 nəfər, hazırkı dövrədək isə 591 964 nəfər sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB