Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2189 nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2189 nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2189 nəfərə çatıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mülki müdafiə idarəsindən bildibirlər.

Məlumata əsasən, zəlzələ zamanı həmçinin 12 268 nəfər xəsarət alıb.

Bildirilir ki, ölənlərdən 1 832 nəfəri Cənub, 218 nəfəri Qrand-Ans, 137 nəfəri Nipp, iki nəfəri isə Şimal-Qərb departamentində həlak olublar.

Xatırladaq ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. Ölkədə bir ay müddətinə fövqəladə vəziyyət rejimi tədbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə