Haitinin cənubunda "Qreys" fırtınası nəticəsində ən azı 4 nəfər həlak olub

Haitinin cənubunda "Qreys" fırtınası nəticəsində ən azı 4 nəfər həlak olub

Haitinin cənubunda "Qreys" fırtınası nəticəsində ən azı 4 nəfər həlak olub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın Mülki müdafiə idarəsi məlumat yayıb.

Məlumata əsasən, daha bir nəfər itkin düşüb.

Atlantik Okeanında meydana gələn "Qreys" avqustun 14-də tropik fırtına səviyyəsinə keçib. Avqustun 16-sı axşamı atmosfer hadisəsi Haitiyə güclü yağış və külək gətirib. Ertəsi gün fırtına birinci dərəcəli qasırğaya qədər güclənib.

Bütün xəbərlər Facebook səhifəmizdə