“Taliban”a qarşı müqavimət hissələri yaradılır

“Taliban”a qarşı müqavimət hissələri yaradılır

Əfqanıstanın ayrı-ayrı bölgələrində “Taliban”a qarşı müqavimət hissələri yaradılır. Belə ki, ölkənin Pəncşir əyalətinin minlərlə üzvü artıq müqavimət hissələrinə qoşulublar. Qeyd edək ki, müqavimət hissələrinə qoşulanların əksəriyyətinin özbək və hazaralardan ibarət olduğu söylənilir.

SİA bu barədə TASS-a istinad edir.

Pəncşirdəki müqavimət hissələri artıq “Taliban” hakimiyyətini “tanınmır və heç vaxt tanınmayacaq”larını bəyan ediblər.

TASS-ın verdiyi məlumata görə, Əfqanıstanın şimal-şərqdəki Kapisa və Taxar əyalətlərində artıq “Taliban” yaraqlıları ilə müqavimət bölmələri arasında ilk toqquşmalar baş verib.

Qeyd edək ki, avqustun 17-də Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh özünü qanuni dövlət başçısı elan edib. Bildirək ki, Əfqanıstan Konstitusiyaya görə, prezident ölkəyə rəhbərlik edə bilmirsə, o halda birinci vitse-prezident onun müvəqqəti üzvü ola bilər.

Onu da bildirək ki, Əmrullah Saleh Pəncşir əsillidir. Hazırda ona sadiq ordu bu əyalətdə “Taliban”la döyüşməyə başlayıb. Hətta Çarikar ərazisinin yaraqlılardan geri alındığı barədə də xəbərlər gəlməkdədir.

Xatırladaq ki, “Taliban” əleyhinə müqavimət təşkil etmək planları, Əfqanıstanın milli qəhrəmanı, səhra komandiri və daha sonra müdafiə naziri olmuş Əhməd Şah Məsudun oğlu da Əhməd Məsud (o da Pəncşir əsillidir) tərəfindən elan edilib.

Deyilənlərə görə, “Taliban”dan qaçan çoxsaylı köçkünlər, əsasən, Pəncşir əyalətinə üz tuturlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə