Əfqanıstanın paytaxtı Kabul da daxil olmaqla, demək olar ki, bütün Əfqanıstanı gözləniləndən çox qısa müddətdə Taliban hərəkatı ələ keçirdi. SİA xəbər verir ki, Əfqanıstanda "millət qurmaq" cəhdi uğursuz oldu. Bunun təkcə Əfqanıstan üçün deyil, Amerikanın xarici siyasəti üçün də nəticələri olacağı yozulur.
Cənubi Asiya Mərkəzinin direktoru İrfan Norudinin sözlərinə görə, Bayden administrasiyasını əvvəlki üç prezidentin səhvlərində günahlandırmaq və işlərin necə tez getdiyini tam izah etməyi maneə törətmək ədalətsizlik olardı.
Tədqiqatçı Andrev Peek qeyd edib ki, Əfqanıstandakı vəziyyətlə qurumların arasında “çürüklüyü” var. Bu isə böyük bir uçurum yaradır: “Qərarın icrası dəhşətlidir. Peşəkarlığı və təcrübəsi ilə təriflənən bir rəhbərlik üçün daha dəhşətlidir. Bu pis planın qurbanları çoxdur. Əfqanıstan əsgərləri gizlənir və artıq qadınların və uşaqların gələcəyi yoxdur. Ən böyük uğursuzluğumuz, bütün ölkəni idarə edən güclü, çox millətli bir mərkəzi hökumət yaratmaq cəhdimizlə oldu.. Növbəti iş şimaldakı etnik milisləri gücləndirmək, daha sonra yerli müttəfiqlərə və ənənəvi liderlərə güvənərək Taliban qrupunu şəhərlərdən uzaqlaşdırmaqdır”.
Əfqanıstanda nələrin baş verəcəyini talibanların keçmiş təcrübələrindən proqnozlaşdırmaq olar, lakin hələ də gözlənilməz bir gələcək var.
Taliban hakimiyyəti ələ keçirdikdən sonra fərqli mesajlar verməyə çalışır. Xüsusilə, "əhatəli bir hökumət" qurmaqdan danışılır. Bildirilir ki, Taliban hazırda keçmiş hökumətin bəzi siyasi liderləri ilə danışıqlar aparır.
Şəriət qanunlarının tətbiq ediləcəyi, eyni zamanda “təhlükəsiz” bir mühitin yaradılacağı barədə bəyanatlar verilir.Taliban tərəfindən verilən mesajlara inanmayan və zülmkar əməllərin Taliban hakimiyyəti altında davam edəcəyinə inanan insanların da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB