Rusiyanın ən böyük media holdinqlərindən biri olan RBC, “Reuters” və “Ipsos” beynəlxalq tədqiqat şirkətlərinə istinadən bu gün ABŞ prezidenti Cozef Baydenin fəaliyyətinin qiymətləndirmə reytinqinin ən aşağı səviyyəyə düşdüyünü bildirir.
Qeyd edək ki, Amerıka prezidentinin reytinqi ilə bağlı sorğu “Taliban” terror hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bir gün sonra keçirilib. Beləliklə, verilən məlumata görə, Baydenin reytinqi son həftə ərzində 7 faiz də azalaraq 46 faiz olub.
SİA bu barədə rus mətbuatına istinad edir.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Ipsos”un keçirdiyi sorğuda amerikalıların yarıdan çoxu Baydenin Əfqanıstanda ABŞ hərbi və diplomatik fəaliyyəti ilə bağlı səylərini təqdir etmişdilər. Amma bütün bunlara baxmayaraq, hazırda Baydenin reytinqi ABŞ-ın Əfqanıstanla əlaqəli olan əvvəlki prezidentlərlə müqayisədə çox aşağıdır.
Yeri gəlmişkən, daha əvvəl Ağ Ev ABŞ hökumətinin Əfqanıstanla bağlı qəbul etdiyi bütün qərarların məsuliyyətini prezident Baydenin üzərinə götürdüyünü bildirmişdi.
Onu da qeyd edək ki, bu gün Əfqanıstandakı vəziyyət ABŞ -ın öz qoşunlarını bu ölkədən tamamilə çıxarmaq qərarı fonunda gərginləşib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB