“Taliban”ın qısa vaxt kəsiyində Əfqanıstanda hakimiyyəti ələ keçirməsi ABŞ-ın Əfqanıstan siyasətinin birbaşa nəticəsidir. Beləliklə, Amerikanın 20 il Əfqanıstanda olmasının nəticəsini təsvir etməyin yalnız bir yolu var: tam uğursuzluq”. SİA xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasiliev bildirib.
Maraqlıdır ki, rusiyalı alim Əfqanıstanın bu günki vəziyyətini təqribən 50 il əvvəl Vyetnamda baş verənlərlə müqayisə edir. Xatırladaq ki, həmən vaxt Vyetnamdan cıxa(rılı)n Amerika bu ölkə üçün 10 illik siyasət formalaşdırdığını bildirmişdi. Amma bu cəmi iki il çəkdi...
Əfqanıstanda “Taliban” Kabulu demək olar ki, döyüşsüz ələ keçirdi. Əfqanıstan təhlükəsizlik qüvvələri təslim oldu. Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani Əhmədzai istefa verdi və dərhal Özbəkistana uçdu. Taliban artıq onun sarayına yerləşib. Əfqanıstanın paytaxtındakı hava limanında onlarla xarici diplomat və yüzlərlə potensial qaçqın yığılıb ki, bu ölkədə qalmağın təhlükəsiz olub -olmadığını, yoxsa buradan çıxmağa çalışmağın daha yaxşı olduğunu bilmirlər.
Amma amerikalılar ötən 20 il ərzində Əfqanıstanda “formalaşdırdıqları” yerli güc qüvvələrinin “məğlubedilməzliyinə” zəmanət vermişdilər.
“...Əfqanıstanda eyni Amerika siyasətinin uğursuzluğu Vyetnamdan daha sürətli oldu və prezident, baş nazirin müavini və bir çox başqaları qaçdılar”. Bunları da Vladimir Vasiliev deyir.
Maraqlıdır ki, “Taliban” qruplaşmasının Orta Asiyadakı vəziyyəti sabitləşdirə bilməsi ABŞ-ın maraq dairəsinin bir hissəsi olduğunu deyən ruiyalı alim, amerikalıların bundan sonra hətta “Talibana” kömək etməyə başlaya biləcəyini də istisna etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB