Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb.
SİA "TASS" agentliyinə istinadən bildirir ki, bu barədə ölkənin mülki müdafiə idarəsi məlumat verib.
Məlumata əsasən, zəlzələ zamanı həmçinin 5,7 min nəfər xəsarət alıb, onlardan 3,2 min nəfəri xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, dağıntılar altında qalan insanların axtarışları davam etdirilir.
Qeyd edək ki, avqustun 14-ü Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə