"Taliban" hərəkatı Kabildəki diplomatik korpuslara heç bir təhlükə yaratmayacaq - Hərəkat nümayəndəsi
"Taliban" hərəkatı Kabildə xarici vətəndaşlara və xarici diplomatik nümayəndəliklərə heç bir təhlükə yaratmayacaq.
SİA-nın məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində taliblərin rəsmi nümayəndəsi Zabihulla Mücahid yazıb.
Z.Mücahid bildirib: "Kabildəki bütün səfirliklərə, diplomatik nümayəndəliklərə və xarici vətəndaşlara tam təhlükəsizlik təminatı veririk. Kabildəki hər kəs bilməlidir ki, onlar üçün heç bir təhdid yoxdur".
Həmçinin qeyd edilir ki, İslam Əmirliyi (Əfqanıstan - red.) döyüşçüləri Kabildə və ölkənin digər şəhərlərində təhlükəsizliyi təmin etməyə çağırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB