"Taliban" Əfqanıstanı İslam Əmirliyi elan edəcək

"Taliban" Əfqanıstanı İslam Əmirliyi elan edəcək

Radikal “Taliban” hərəkatı tez bir zamanda Kabildəki prezident sarayından Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edəcək.

SİA xəbər verir ki, bu barədə “Associated Press” hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı “Taliban”a istinadən xəbər vermişdi ki, yaraqlılar Əfqanıstanın paytaxtındakı prezident sarayını ələ keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə