Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib

Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib

Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.

Hökumət ölkədə bir aylıq fövqəladə vəziyyət tətbiq edib.

Qeyd edək ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb.

Zəlzələnin episentri Seynt-Luis-du-Sud şəhərinin 12 km şimal-şərqdə 13 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə xəbərdarlıq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə